Paşinyan: Yadların bizi yadlara qarşı istifadə etməsinə imkan verməməliyik

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan: Yadların bizi yadlara qarşı istifadə etməsinə imkan verməməliyik

Dünya

26 May 2026 14:45 277


"Biz yadların bizi yadlara qarşı istifadə etməsinə icazə verməməliyik".

"Yeni Sabah" news.am-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan seçki kampaniyası zamanı bildirib.

Onun sözlərinə görə, minillikdən danışarkən Ermənistan irəli baxmalı, ötən minilliyin dərslərindən nəticə çıxarmalıdır. Sezar pizza

Paşinyan qeyd edib: "Keçmişin ən vacib dərsi odur ki, yadların bizi yadlara qarşı istifadə etməsinə icazə verən kimi, sonda kənara atılırıq, müdafiəsiz qalırıq".

O əlavə edib ki, Ermənistan öz qüvvələrindən yalnız öz təhlükəsizliyini, dövlətini, rifahını və azadlığını qorumaq üçün istifadə etməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!