Paşinyan yaramazlığından əl çəkmir: Azərbaycandan yenə şikayət etdi

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan yaramazlığından əl çəkmir: Azərbaycandan yenə şikayət etdi

Siyasət

06 Mart 2021 12:14 716


Ermənistanın Baş naziri Nikol Paşinyan Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.

Yenisabah.az Modern.az-a istinadla xəbər verir ki, xəbər verir ki, ikitərəfli münasibətlərdən danışan Baş nazir Paşinyan ABŞ-ın Ermənistana verdiyi davamlı dəstəyi və ABŞ-ın ATƏT-in Minsk qrupundakı rolunu yüksək qiymətləndirib.

Tərəflər II Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz bölgəsində yaranmış vəziyyətə toxunublar. ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində sülh prosesinin davam etdirilməsinin zəruriliyi vurğulanıb. pizza sifarişi

Nikol Paşinyan ABŞ-ın dövlət katibinin diqqətini Azərbaycan tərəfində saxlanılan hərbi əsirlərin (diversantları nəzərdə tutub-red.) dərhal qaytarılması məsələsinə cəlb edib.

Dövlət katibi isə bu kontekstdə Amerika tərəfinin Minsk qrupu həmsədrlərinin fəaliyyətinin vacibliyinə önəm verdiyini vurğulayıb və münaqişənin həllində rolunu davam etdirməyə hazır olduğunu bildirib.

ABŞ dövlət katibi Ermənistanla tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, Ermənistanın demokratiya sahəsində qazandığı uğurları yüksək qiymətləndirib və Birləşmiş Ştatların Ermənistana islahatlar aparmaqda kömək edəcəyini bildirib.

Ermənistanda qanunun aliliyinin gücləndirilməsində, korrupsiyaya qarşı mübarizədə, ədliyyə sistemində və polisdə islahatların aparılmasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!