Paşinyandan əldə edilmiş razılıqlarla bağlı mühüm açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Paşinyandan əldə edilmiş razılıqlarla bağlı mühüm açıqlama

Siyasət

18 Fevral 2024 23:23 1265


Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Münxendə keçirilən görüşün əsas nəticələrindən birini tərəflərin əvvəllər əldə edilmiş razılaşmalara sadiqliyinin təsdiqi adlandırıb.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə o, Almaniyadakı erməni icmasının nümayəndələri ilə görüşündə bildirib.

“Masada vacib bir sual var idi. Tərəflər daha əvvəl Praqa və Brüsseldə əldə olunmuş razılaşmaları təsdiq edirmi? Ümumiləşdirsək, qeyd edə bilərik ki, tərəflər bu razılaşmalara sadiq qalırlar”, - deyə Ermənistan Nazirlər Kabinetinin rəhbəri bildirib. pizza mizza

Baş nazir qeyd edib ki, yaxın vaxtlarda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutacaq.

“Biz prezident İlham Əliyevlə razılaşdıq ki, yaxın vaxtlarda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutacaq, bundan sonra ölkələr arasında sərhədin demarkasiyası və delimitasiyası üzrə komissiyanın növbəti iclası da keçiriləcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!