Paşinyandan “eşşək şakası”

saytların hazırlanması

Evə çatdırılma

Paşinyandan “eşşək şakası”

Siyasət

01 Aprel 2024 15:31 1562


Ermənistanın baş naziri Nikol Paşinyanın istefa verəcəyi ilə bağlı xəbər gündəmi silkələdi. Təkcə İrəvanda deyil, Bakı və Moskvada da bu məlumat maraqla qarşılandı. 

Yenisabah.az xəbər verir ki, Nikol Paşinyanın istefa xəbəri həqiqəti əks etdirmir. Paşinyanın lideri olduğu Vətəndaş Müqaviləsi Partiyasının nümayəndələri bu xəbəri təkzib ediblər. Onlar baş nazirin vəzifəsinin icrasının davam etdiyini bildiriblər. “Paşinyan erməni xalqı ilə 1 aprel zarafatı edib”, -deyə "Vətəndaş Müqaviləsi"nin rəsmiləri açıqlama veriblər. 

Nikolun bu addımı birmənalı qarşılanmayıb. Sosial şəbəkələrin erməni seqmenti baş naziri qeyri-ciddilikdə ittiham edib. Hətta Anadolu türklərindən sitat gətirərək, Paşinyanın hərəkətini “eşşək şakası” adlandıranlar da olub.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!