Paşinyanı öldürmək istədilər

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanı öldürmək istədilər

Siyasət

10 Dekabr 2020 23:31 1371


“Ermənistanda vəziyyət o yerə çatıb ki, baş nazir və vətəndaşlara silah qaldırırlar”.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan deyib.

“Artıq Ermənistanda vəziyyət o həddə çatıb ki, baş nazirə, vətəndaşlara silah qaldırırlar. Ermənistan əslində yenidən hərbi vəziyyətə girib və iki dəfə parlament sədrini öldürmək istədikləri və əllərində silahlar baş nazirin evinə getdikləri bir vəziyyət yaşanır. Yəni narahatlığa səbəb olmadığını düşünürsünüz?”, - Simonyan bildirib. Marqarita pizza

Xatırladaq ki, dünən Nikol Paşinyanın mühafizəçiləri baş nazirin istefasını tələb edən etirazçılara silah qaldırıb. Paşinyanın mühafizəçilərinin videoları sosial şəbəkələrdə kəskin etirazlara səbəb olub. /Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!