Paşinyanın bu paylaşımı Ermənistanı qarışdırdı: Şah Abbas...

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın bu paylaşımı Ermənistanı qarışdırdı: Şah Abbas...

Siyasət

17 Aprel 2024 10:18 897


Ermənistanın baş naziri Nikol Paşinyanın 1915-ci il hadisələri ilə bağlı “Böyük Fəlakət (Meds Yeghern)” və “cinayət” ifadələrindən istifadə etməsi Ermənistanda mübahisələrə səbəb olub.

Publika.az xəbər verir ki, Paşinyan özünün şəxsi “Facebook” səhifəsində hakim partiyasının Mülki müqavilə siyasi məktəbi üçün hazırladığı “Ermənistan Respublikasının sosial psixologiyası” adlı kitabını dərc edib.

17-ci əsrin əvvəllərində Şah Abbas tərəfindən ermənilərin köçürülməsinin xalqın sosial psixologiyasına dərin təsirlər göstərdiyini əsas gətirən Paşinyan 1915-ci il hadisələrinə toxunub. Pepperoni pizza

Paşinyan həmin hadisələr üçün işlədilən “soyqırımı” sözü əvəzinə “Böyük Fəlakət (Meds Yeghern)” və “cinayət” sözlərindən istifadə edib.

Paşinyan qısa müddətdə müxalifət dairələrindən kəskin reaksiya alıb, lakin hələ də tənqidlərə cavab verməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!