Paşinyanın partiyadaşı: Keşişlərin iştirak etdiyi proses dövlətçiliyinə qarşı yönəlib

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın partiyadaşı: Keşişlərin iştirak etdiyi proses dövlətçiliyinə qarşı yönəlib

Dünya

30 Aprel 2024 17:13 379


Mən keşişlərin cəlb olunduğu prosesləri Ermənistan dövlətçiliyi əleyhinə yönəlmiş hesab edirəm.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan deyib.

“Onlar xilaskarları dəvət etmək və yenidən üçüncü ölkələrin xidmət yerinə çevirmək üçün Ermənistanı müharibəyə sürükləməyə çalışırlar. 4 Azərbaycan kəndi Ermənistana legitim hücum etmək baxımından Bakı üçün son arqumentdir və bunu hamı yaxşı bilir. Bu proses bir məqsəd güdür: Qarabağ məsələsində Ermənistanı müharibəyə cəlb etmək mümkün deyildi, indi isə 4 kənd kontekstində onu hərbi əməliyyatlara cəlb etməyə çalışırlar, bundan sonra hamımız bilirik ki, hansı nəticələr ola bilər", - deyə Ovannisyan vurğulayıb. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!