"Crocus City Hall" konsert zalında törədilən terror aktının izləri Ukrayna xüsusi xidmət orqanlarına aparır.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
“Onlar bizə sırımağa çalışırlar ki, terror aktını Kiyev rejimi deyil, radikal islamçı ideologiyanın tərəfdarları, ola bilsin ki, İŞİD-in Əfqanıstan qolunun üzvləri törədiblər”, - deyə Patruşev Astanada ŞƏT dövlət təhlükəsizlik şuraları katiblərinin illik iclasında deyib. pizza sifarişi
"Lakin bu dəhşətli cinayətin sifarişçisi və sponsorunun kim olduğunu tez bir zamanda müəyyən etmək daha vacibdir. Onun izləri Ukrayna xüsusi xidmət orqanlarına aparır", - Patruşev vurğulayıb
Telegram kanalımız