ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbəri Samanta Pauer aprelin 5-də Brüsseldə Ermənistan nümayəndə heyəti ilə görüşdə ABŞ-ın Ermənistanı dəstəkləmək öhdəliyini təsdiqləyib.
Yenisabah.az xəbər verir ki, bu barədə o, X-dəki mikrobloqunda yazıb.
“Keçən həftə Brüsseldə mən Birləşmiş Ştatların demokratik islahatları dərinləşdirən, iqtisadiyyatını genişləndirən və daha parlaq gələcək qurmağa çalışan Ermənistanı dəstəkləmək öhdəliyini bir daha təsdiqlədim”, - deyə Pauer postunda qeyd edib. pizza mizza
Xatırladaq ki, aprelin 5-də Brüsseldə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauerlə görüşüb.
Telegram kanalımız