Pay torpağı üstündə dava olub, xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Pay torpağı üstündə dava olub, xəsarət alanlar var

Hadisə

15 Dekabr 2022 22:25 959


Cəlilabad rayonunda pay torpağı üstündə düşən mübahisə davaya səbəb olub.

Yenisabah.az xəbər verir ki, hadisə Axtaxana kəndində baş verib.

Belə ki, kənd sakini, V.Sadıqov pay torpağı üstündə yaranan mübahisə zamanı həmkəndlisi E.Məmmədovu döyərək ona xəsarət yetirib. Pepperoni pizza

E. Məmmədovun qardaşı isə yaranan mübahisə zəminində V.Sadıqovun qardaşı oğlu, 2005-ci il təvəllüdlü A.S-nı döyüb.

Hər iki xəsarət alana xəstəxanada tibbi yardım göstərilib.

Məsələ ilə bağlı sorğumuza DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hər iki faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!