“Paytaxt Ağdama köçürülsün!” – Prezidentliyə namizəddən təklif

saytların hazırlanması

Evə çatdırılma

“Paytaxt Ağdama köçürülsün!” – Prezidentliyə namizəddən təklif

Siyasət

27 Yanvar 2024 09:28 857


“Bu gün Qarabağda geniş abadlıq-quruculuq işləri aparılır. İnsanlar yavaş-yavaş doğma yurda dönürlər. Bu, yaxşı haldır və təqdir edirik”.

Yenisabah.az xəbər verir ki, bu sözləri prezidentliyə namizəd, Milli Məclisin deputatı, BQP sədri Fazil Mustafa deyib. Fazil Mustafa fevralın 7-də keçiriləcək prezident olan şəxslərin ötən axşam İTV-də baş tutan debatında maraqlı təklif səsləndirib. O, Azərbaycan paytaxtının dəyişdirilməsinin vaxtının çatdığını bildirib:

“Hazırda Ağdam yenidən inşa olunur. Qarabağda böyük, müasir standartlara cavab verən gözəl şəhər tikilir. Təklif edirəm ki, paytaxt Bakıdan Ağdama köçürülsün. Bakı Azərbaycanın İstanbulu, Ağdam isə Ankarası olmalıdır. Türkiyə modelinə üstünlük verməliyik”. Pepperoni pizza

Fazil Mustafa hökumətin kənd yerlərində əhalinin məşğulluğunun qeydinə qalmalı olduğunu bildirib. Deputat deyib ki, son illər Azərbaycan kəndləri sürətlə boşalır:

“Bu gün kəndlərimizin çoxunda evlərin qapısına paslı qıfıl vurulub. Həmin soyuq evlər insanların nəfəsi ilə isinməlidir. Qarabağlılar qayıdır. Bəs gədəbəylilər, goranboylular nə vaxt qayıdacaq?! Kəndlərdə insanların asudə vaxtı yaxşı təşkil olunsa, mədəni-kütləvi tədbirlər keçirilsə, insanlar öz ev-eşiyinə qayıdar, Bakı da rahat nəfəs alar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!