Paytaxtda  daha bir əməliyyat: Narkotiklər, avtomat silah...

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtda daha bir əməliyyat: Narkotiklər, avtomat silah...

Kriminal

20 Oktyabr 2023 13:30 525


Paytaxt ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı profilaktik tədbirlər davam etdirilir.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, oktyabrın 19-da keçirilən növbəti tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 51 fakt aşkar edilib.

İctimai yerlərdə narkotik maddələrin təsiri altında olan 82 nəfər saxlanılıb. Narkotik vasitələrin qrup halında qəbul edildiyi daha 5 məkan müəyyən olunub. Qanunsuz dövriyyədən 5 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb. Pepperoni pizza

Bundan əlavə, saxlanılan şəxslərdən 1 ədəd “Kalaşnikov” avtomatı, 4 ədəd patron və patron darağı aşkar olunaraq götürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!