Paytaxtın 2 rayonunda qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtın 2 rayonunda qaz olmayacaq

Sosial

06 Yanvar 2025 17:18 366


Sabah Bakının Sabunçu və Xətai rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

“Ramana” qazpaylayıcı stansiyasında (QPS) orta təzyiqli qaz xəttində və Xətai rayonu, Y. Əliyev küçəsi ünvanında aparılan təmir-bərpa işləri ilə əlaqədar yanvarın 7-də saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq. pizza

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Ramana, Bünyadzadə , Tağıyev, Yeni Zaman küçələri, Sabunçu qəsəbəsinin 9-cu mədən ərazisi, Suraxanı xidmət sahəsi üzrə Deputat küçəsinin bir hissəsində və Xətai rayonun bəzi hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!