Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI

Sosial

30 Oktyabr 2024 18:35 762


Oktyabrın 30-u axşam saatlarında Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Yenisabah.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda paytaxın bu küçələrində sıxlıq var: Sezar pizza

1. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

8. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində sıxlıq müşahidə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!