Pedofillərə ömürlük həbs - Putin qanunu imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Pedofillərə ömürlük həbs - Putin qanunu imzaladı

Dünya

28 Yanvar 2022 15:04 838


Rusiya prezidenti Vladimir Putin residivist pedofillərə ömürlük həbs cəzası nəzərdə tutan qanunu imzalayıb.

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbr verir ki, müvafiq sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

18 yaşına çatmamış yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığı əleyhinə cinayətlərin təkrar törədilməsinə görə maksimum ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərdə tutulur. Əvvəllər belə cəza tədbiri yalnız 14 yaşına çatmamış uşaqlara qarşı təkrar cinayət törətmiş pedofillərə şamil edilirdi. pizza

Ömürlük azadlıqdan məhrum etmə, həmçinin iki və ya daha çox yetkinlik yaşına çatmayanlara qarşı cinayət törətmiş şəxslərə və belə cinayətin başqa ağır və ya xüsusilə ağır cinayətin törədilməsi ilə bağlı olduğu hallarda da nəzərdə tutulur.

Qanun həmçinin belə cinayətlərin ibtidai istintaqının Rusiya Federasiyası İstintaq Komitəsinin müstəntiqlərinin səlahiyyətlərinə aid olduğunu nəzərdə tutur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!