Pensiya alanlara ŞAD xəbər: 710 milyon manat...

saytların hazırlanması

Evə çatdırılma

Pensiya alanlara ŞAD xəbər: 710 milyon manat...

Sosial

07 Yanvar 2025 16:28 2253


Aparılan islahatlar çərçivəsində pensiya artımlarının davamlı xarakter alması pensiya təminatı üzrə ödənilən vəsaitlərin də mütəmadi artımı ilə nəticələnir. Növbəti sosial islahat paketi olaraq gələn ayın 1-dən minimum pensiyanın 280 manatdan 320 manata çatdırılması, həmçinin bu ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması da nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Yeni Sabah”a verilən məlumata görə, həmin artımlarla əlaqədar olaraq 2025-ci ildə də pensiyalarının ödənilməsi xərclərində artım dinamikası davam edəcək.

Cari ildə əmək pensiyalarının ödənilməsi xərcləri üçün 7 milyard 210 milyon 530 min manat nəzərdə tutulub ki, bu da keçən il müvafiq istiqamətdə ayrılan vəsaitdən 710 milyon manat və ya 11 faiz çoxdur. pizza hut

Ümumilikdə isə pensiyalar üzrə ayrılan illik vəsait 2018-ci ildən ötən dövrdə 2 dəfə artıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!