Pensiya təyin olunan şəhid ailəsi üzvlərinin sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Pensiya təyin olunan şəhid ailəsi üzvlərinin sayı açıqlandı

Sosial

18 Dekabr 2020 17:23 892


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən şəhid ailəsi üzvlərinə müvafiq sosial ödənişlərin təyinatı işləri davam etdirilir.

NazirlikdənYenisabah.az-a verilən məlumata görə, Fond 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən artıq 1 300-dək şəxsə sosial təminat növləri üzrə ödənişlərin – Prezidentin aylıq təqaüdünün, həmçinin pensiya və müavinətlərin təyinatını həyata keçirib.

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinin və müharibə iştirakçılarının sosial təminat hüquqlarının təminatına operativ dəstək göstərilməsi xüsusi diqqətdə saxlanılır. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!