Pensiya yaşı ilə bağlı mühüm açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Pensiya yaşı ilə bağlı mühüm açıqlama

Sosial

01 Noyabr 2024 09:10 16070


“Qadınlar kişilərdən daha çox yaşayır. Pensiya yaşı az olarsa, qadınlara ayrılan pulun miqdarı bir az da çox olacaq. Aidiyyatı qurumlar isə bu pulu qadınlara vermək istəmir”. Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Əkrəm Həsənov qadınların pensiya yaşının azaldılmamasının səbəblərindən danışarkən deyib.

O, kişilərinin qadınlardan az yaşadığını vurğulayıb:

“Dünya ölkələri ilə müqayisədə bu fərq Azərbaycanda daha böyükdür. Bəzən isə kişilər heç pensiya yaşlarına çatmırlar. Bu o deməkdir ki, Azərbaycanda kişilərin həyatı qadınlara nisbətdə daha ağırdır. Ailənin yükü, maddi-mənəvi nə varsa hamısı kişilərtin üzərindədir. Ayrıca kişilərdən tələblər çoxdur. Özü də biz nə Şərqik, nə də Qərb. Qərbdə qadınlar ailənin maddi yükünü kişilərlə bərabər öz üzərinə götürür. Eyni zamanda qadınlar orada deyir ki, mən nə istəyirəm onu edirəm. Ailənin idarə olunması məsələlərində biz deyirik Qərbik. Qadın nə istəyir eləyir, bu düzgün deyil, belə olmamalıdır”. Pepperoni pizza

Əkrəm Həsənov yaş məsələlərinə görə dünyada müxtəlif təcrübələrin olduğunu bildirib:

“Amma Avropa ölkələrində qadınlarla kişilər arasında yaş eynidir. Bu da gender bərabərliyi prinsipindən irəli gəlir. Niyə qadınların pensiya yaşı kişilərə nisbətdə az olmalıdır. Avropa bu təcrübə ilə gedir. Şərq ölkələrinin də bəzilərində pensiya yaşı qadınlarla kişilər arasında eynidir. Avropanın sivil ölkələrində isə 66 yaşdır”.

Qeyd edək ki, bölgə ölkələri üzrə qadınlarla kişilərin pensiya yaşı ilə əlaqədar statistika açıqlanıb. Özbəkistan 60- 55, İran 60- 55, Türkiyə 60-58, Ukrayna 60-60, Türkmənistan 62-57, Tacikistan 63-58, Belarus 63-58, Qırğızıstan 63-58, Rusiya 63-58, Qazaxıstan 63-61, Moldova 63-61, Ermənistan 63-61, Gürcüstan 65-60, Azərbaycan 65-65.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Usaq pula verilsə yaxşı olar
    Usag pulu verilməsi çox gözəl olardı
    2 years ago
  • Zemine
    Lap yaxşı,kisileri 55 edin,qadınları 58 guya indiki şəraitdə qadınlar 70 dən yuxarı yasayirlar(( bir 10 il öz pulunu islemeden istifadə edə bilməzlər bizim zulumkes insanlarımız? Kimi dindirirsən,deyir acam,ət məhsulları ala bilmirəm,balıq,ikra haqda susuram((
    2 years ago
  • Rovshan Suleymanov
    Yaxşı olardı ki kişilər 60 qadınlar isə 55 yaşında təqaüdə çıxsınlar
    2 years ago
  • Haller
    Siz serq deyilsiz, qerb hec deyilsiz!!!
    2 years ago
  • Qəribnisə
    Pensiya ne vaxt verilecek
    2 years ago