Amerika qırıcısı Suriyadakı ABŞ kontingentinin mövqeləri yaxınlığında uçan Türkiyəyə məxsus PUA-nı vurub.
Yenisabah.az Reuters-ə istinadla xəbər verir ki, bunu Pentaqonun sözçüsü briqada generalı Pat Rayder bildirib.
Onun sölzərinə görə, hadisə oktyabrın 5-də baş verib. Pepperoni pizza
Türkiyə PUA-sı ABŞ hərbçilərinin yerləşdiyi yerdən təqribən 1 kilometr aralıda Suriyanın Hasəkə bölgəsinə hava zərbələri endirərkən görüntülənib. Bir neçə saat sonra türk PUA-sı Amerika mövqelərindən yarım kilometr məsafədə uçub. O, təhlükə olaraq təsnif edilib və "F-16" qırıcısı PUA-nı vurub.
Pentaqonda mənbəsi vurğulayıb ki, PUA-nın məhv edilməsi əmrindən əvvəl ABŞ ordusu türk həmkarları ilə dəfələrlə telefonla əlaqə saxlayıb.
Telegram kanalımız