Pentaqon Ukraynaya bir daha silah-sursat verəcək

saytların hazırlanması

Evə çatdırılma

Pentaqon Ukraynaya bir daha silah-sursat verəcək

Dünya

08 Sentyabr 2022 11:53 728


ABŞ Müdafiə Nazirliyi Ukraynaya 675 milyon dollar dəyərində silah tədarükü, o cümlədən HIMARS reaktiv raket sistemləri üçün döyüş sursatlarının təhvil veriləcəyini elan edəcək.

Yenisabah.az "The Washington Post"a istinadla xəbər verir ki, bu barədə adı açıqlanmayan ABŞ rəsmisi məlumat yayıb.

HIMARS mərmiləri ilə yanaşı, Pentaqon Ukraynaya hərbi maşınlar və digər texnikalar da ötürəcək. pizza mizza

Kiyevə yeni hərbi yardım paketinin təqdim edilməsini ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Koul bəyan edib. O qeyd edib ki, Almaniyada ABŞ-ın müdafiə naziri Lloyd Ostin Kiyevə hərbi yardımı əlaqələndirmək üçün Qərb ölkələrinin yaratdığı qrupun iclasında çatdırılma barədə məlumat verəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!