Peqov Moskvada saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Peqov Moskvada saxlanıldı

Dünya

03 Sentyabr 2022 08:48 1116


Təxribatçı videolarla populyarlıq qazanan rusiyalı “jurnalist” Semyon Peqov Moskva şəhərində saxlanılıb.

Bu barədə “WarGonzo” “Telegram” kanalı məlumat yayıb. Qeyd olunub ki, Semyon Peqov sərxoş vəziyyətdə mehmanxanaya daxil olmağa çalışıb və administratoru hədələyib.

Nəticədə mehmanxana rəhbərliyi ondan polisə şikayət edib. Peqov polis tərəfindən saxlanılıb və izahatı alındıqdan sonra sərbəst buraxılıb. Pepperoni pizza

Qeyd edək ki, Semyon Peqov Qarabağla yanaşı Ukraynanın işğal altında olan Donbas bölgəsində də təxribatçı videolar çəkməklə məşğul olub.

Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!