Pərvin idman zalında: “Bəylər risk etsinlər“ - Video

saytların hazırlanması

Evə çatdırılma

Pərvin idman zalında: “Bəylər risk etsinlər“ - Video

Şou

25 Oktyabr 2022 14:30 1190


"1001 qızıl gülü ad günümə çox yaxın rəfiqəm gətirmişdi. Zamanında ona çox yaxşılıqlarım dəyib. O rəfiqəm doğum günlərimdə o cür hədiyyələr gətirir".

Yenisabah.az bizim-media-ya istinadla xəbər verir ki, bunu aktrisa Pərvin Abıyeva qonaq olduğu "Səhər mərkəzi" verilişində deyib.

Proqramda aktrisanın idman zalında döyüş fəndi işlətməsini əks etdirən kadrlar göstərilib. Pərvinin bu məharəti isə qonaqlar tərəfindən heyrətlə qarşılanıb. Verilişdə qonaq olan "Pişik" ləqəbi ilə məşhurlaşan müğənni Günel Ələkbərova "Gözəl xanımlara hər kişi risk etmir evlilik təklifi etsin. Bu arada Pərvinə qısa saç çox yaraşıb" deyə Pərvini tərifləyib. pizza

Abıyeva isə Ələkbərovanın bu sözlərinə "Bəylər risk edib, evlilik təklifləri etsinlər. Qorxmasınlar, işin yoxdur sənin onlarla" cavabını verib.

Proqramın aparıcısı Afaq Gəncəli isə "Pərvin yalnız çəkiliş üçün çıxır başa, belə isə işi yoxdur" deyib "Real həyatda da başa çıxırsan?" sualını Pərvinə ünvanlayıb.

O isə "Məcazi mənada "Hə"" söyləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!