Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin məzunları diplom ala bilmir.
Bu barədə Yenisabah.az-a bildirən tələbə Rəhim Kərimli bütün qrupun diplomunu ala bilmədiyini, dəfələrlə təhsil ocağına müraciət etsələr də faydası olmadığını deyib.
Tələbə bildirib ki, məzunlar arasında hərbi xidmətə gedənlər var ki, bu da onlara əlavə problem yaradır. pizza hut
Məsələ ilə bağlı Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindən bildirildi ki, diplomların verilməsində hər hansı problem yaşanmır. Peşə məktəbindən sorğumuza cavab olaraq qeyd olundu ki, diplomlar növbəli şəkildə verilir:
“Diplomlar nazirlikdən növbə ilə verilir. Bütün lisey, ali məktəblər, peşə məktəblərinə diplomlar verilir. Bizim də növbəmiz bu gün çatıb, xəbərdarlıq məktubu gəldi və bu gün diplomları gedib gətiriblər. Diplomlar bu gündən yazılmağa başlanıb və məzunlara təqdim olunacaq. Biz özbaşımıza deyilik, bizdən böyük nazirlik var, onlar da diplomları növbə ilə verirlər. Pandemiya ilə əlaqədar müəyyən gecikmələr oldu, lakin növbəmiz çatdı”.
Telegram kanalımız