Peşə təhsili alanlar ali məktəblərə imtahansız qəbul olunacaqlar

saytların hazırlanması

Evə çatdırılma

Peşə təhsili alanlar ali məktəblərə imtahansız qəbul olunacaqlar

Sosial

28 Dekabr 2020 15:49 1667


Azərbaycanda yüksək texniki peşə təhsili almış şəxslər ali təhsil müəssisələrinə imtahansız qəbul ola biləcəklər.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Yenisabah.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 59-VIQD nömrəli Qanunu ilə yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslərin orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulması müəyyən edilib.

2020-2021-ci tədris ilində ilk dəfə olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Nəqliyyat vasitələrinin texniki istismarı”, “Kompüter sistemlərində proqram təminatı” ixtisasları üzrə yüksək texniki peşə təhsili səviyyəsinə qəbul həyata keçirilib. Təhsil müddəti 3 il olan bu tədris proqramlarında təhsil alan tələbələr Dördpendirli pizza

subbakalavr peşə-ixtisas dərəcəsi alacaq və təhsilini müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq hüququ əldə edəcəklər. Qeyd edək ki, növbəti tədris ilindən etibarən yüksək texniki peşə təhsili səviyyəsi üzrə qəbul aparılacaq ixtisasların sayının artırılması nəzərdə tutulur. Yüksək texniki peşə təhsili ümumilikdə peşə təhsilinin nüfuzunu artırmağa xidmət etməklə yanaşı, təhsil pillələri arasında keçid imkanını da təmin edəcəkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Senan
    Salam men gencede yasayiram özü liseyinin rabitə avadanliqlar inin qurasdirilmasi uzre tehsil qlmisam.bilmek isdeyiremki sözü geden ali təhsil almaq ucun imtahan vermeden qebul olmaq mümkündürmü men cox isdedinki ali təhsil alim ele bir imkan olsa Mende isdiyerdim laqe nömrem 0557740407
    5 years ago