Peskov meyvə-tərəvəz idxalına qoyulan qadağaya münasibət bildirib

saytların hazırlanması

Evə çatdırılma

Peskov meyvə-tərəvəz idxalına qoyulan qadağaya münasibət bildirib

Siyasət

10 Dekabr 2020 16:29 1073


Kreml Azərbaycan və Ermənistandan meyvə-tərəvəz idxalına qoyulan qadağaya münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov bu məsələnin Kremlə aid olmadığını vurğulayıb.

Onun sözlərinə görə, meyvə-tərəvəzə qadağa qoyulması Kremlin deyil, profil qurumun səlahiyyətində olan məsələdir: “Təbii ki, bütün bunlar Nazirlər Kabineti ilə qarşılıqlı fəaliyyətdə edilir. Bu qərarların qəbul edilməsi ilə bağlı dəqiq kriteriyalar var. Bilirsiniz ki, bu qərarlar viruslarla bağlı pandemiya şəraitində qəbul olunub. Əlbəttə ki, buna xüsusi diqqət yetirilir. Ona görə də, həmin qurumun öz fəaliyyətini Kremllə razılaşdırmaq kimi vəzifəsi yoxdur”. (APA) pizza sifarişi

Qeyd edək ki, “Rosselxosnozdor” Azərbaycandan pomidor və alma, Ermənistandan isə pomidor və bibər idxalına qadağa qoyub. ​


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!