Bilal Əliyevdən şok açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bilal Əliyevdən şok açıqlama

Şou

21 Avqust 2022 19:24 13713


Xalq artisti Bilal Əliyev bir müddətdir ki, "TikTok"dakı hərəkətləri ilə müzakirələrə səbəb olur. 

Xalq artisti Musavat.com-a açıqlamasında "TikTok"a üstünlük verməsinin səbəbini bildirdi:

"Mən bütün sosial şəbəkələrdən istifadə edirəm. Mənim pula ehtiyacım yoxdur. "Peysər" ləqəbli birinə necə cavab vermək olar, sizcə? Mənə qarşı qara piar aparanlar sənət yoldaşlarım və rayonda işsiz-gücsüz oturanlardır. Onların bəzilərinin 40 yaşı var. "TikTok" vasitəsilə dünyada yaşayan azərbaycanlılarla ünsiyyət qururam. Bu, mənimçün maraqlıdır".  pizza mizza

Bilal Əliyev toylara getməməsindən də danışdı: "Pandemiyadan öncə İranda, Böyük Britaniyada (London), Rusiyada toylarda olmuşam. Hazırda Almaniya, Rusiya və Londondan toy təklifləri gəlir. Lakin pandemiyanı nəzərə alıb hələ ki, toylara getmirəm. Toylarda bir mikrofonu bir neçəsi işlədir, əllərini dezinfeksiya etmirlər. Mənə görə övladlarının toyunu saxlayanlar var".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!