Bu gün İranın yeni prezidenti Məsud Pezeşkian parlamentə nazirlərin siyahısını təklif edəcək.
Yenisabah.az Armane Melli-yə istinadla xəbər verir ki, siyahı təqdim edilməzdən əvvəl Məhəmməd Cavad Zərifin strateji məsələlər üzrə vitse-prezident vəzifəsindən istefa verməsi barədə şayiələr peyda olub.
“Görünür, istefa Pezeşkianın siyahısına etirazdır", - deyə X-də gedən müzakirələrdə qeyd olunur. pizza
Hələlik Zərifin özü bu məsələyə münasibət bildirməyib.
Telegram kanalımız