Heç bir vəzifə, məqam mənim üçün imtiyaz yeri deyil.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın seçilmiş prezidenti Məsud Pezeşkian deyib.
O bu gün Tehran əyalətindəki seçki qərargahı üzvlərinin toplantısında deyib: “Heç bir vəzifə, məqam mənim üçün imtiyaz yeri deyil. İnandığım şeyə hələ də inanıram. Amma sizin və xalqın çiyninə qoyulan yük çox ağırdır. pizza hut
Seçdiyim yolla fəxr edirəm. Bəzi qardaşlar elə bilirlər ki, özümüzü itirmişik və ya döyüşəcəyik. Amma əmin olun ki, biz döyüşməyəcəyik.
Bu vəziyyət və mövqe bizi dəyişməyəcək. Yeyib-alıb oğurlayacaqdımsa, bunu indiyə qədər etməliydim, amma bu yaşımda nə özüm, nə də ətrafımdakılar üçün heç nə etməyəcəyəm.
Haqsızlığın qarşısını almalı və bir fərdin haqqının əldən getməsinə imkan verməməliyik. Bunu bizə İmam Hüseyn (ə) və Həzrət Əli (ə) öyrətdi".
Telegram kanalımız