Pezeşkianın andiçmə mərasimi: Kim dəvət olunub?

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkianın andiçmə mərasimi: Kim dəvət olunub?

Dünya

27 İyul 2024 15:33 980


Sabah İranın seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi keçiriləcək.

Yenisabah.az xəbər verir ki, əvvəlcə mərasim Ali Rəhbərin iqamətgahında baş tutacaq. Əvvəlcə Ayətullah Xamnəi prezidentin fərmanını Pezeşkiana təqdim edəcək. Bundan sonra tədbir İslam Şura Məclisində (parlament) davam etdiriləcək.

Mərasimdə Ali Məhkəmənin sədri, Nəzarətçilər Şurasının üzvlərindən başqa, beynəlxalq səviyyəli xarici qonaqlar qatılacaq pizza hut

Yeni prezidentin andiçmə mərasimində müxtəlif səviyyəli rəsmilər, o cümlədən dövlət başçıları, xarici işlər nazirləri, parlament sədrləri və ölkələrin xüsusi nümayəndələri iştirak edirlər.

İndiyədək İraqın baş naziri, Pakistanın baş naziri, Serbiya baş naziri, Braziliya vitse-prezidenti, Küveytin xarici işlər naziri, Kubanın baş naziri, Rusiya Dövlət Dumasının sədri, Türkmənistanın XİN rəhbəri, habelə Avropa İttifaqının xarici siyasət üzrə məsul katibinin müavini Enrike Mora və başqaları (ümumən 300 nəfər) iştirak edənlər arasında olacaq.

İran Konstitusiyanın 121-ci maddəsinə əsasən, seçilmiş prezident and içəcək və sonunda andı imzalayacaq.

Andiçmə mərasimindən sonra prezidentə 2 həftə vaxt verilir ki, öz proqramını və təklif olunan nazirləri parlamentə təqdim etsin.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!