İki gün öncə, Tiktok sosial şəbəkəsində canlı yayımların birində Pirallahı rayonunda 16 yaşlı oğlanın ərəb turistlərinin cinsi zorakılığa məruz qalması barədə iddialar səsləndirilib. Yeniyetmənin turizm şirkətlərindən biri ilə qeyri-rəsmi əməkdaşlıq etdiyi də bildirilib.
Yenisabah.az bununla bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib.
Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məsələ ilə əlaqədar araşdırmadan sonra paytaxtda polis orqanlarına bununla bağlı hər hansı məlumatın daxil olmadığını, iddiaların əsassız olduğunu qeyd edib. pizza sifarişi
İmamət İSMAYILOVA
Telegram kanalımız