Pişiyi balkondan sallayan şəxs polisə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

Pişiyi balkondan sallayan şəxs polisə çağırıldı

Sosial

07 Yanvar 2025 11:00 264


Bakıda pişiklə rəhmsiz rəftar edən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Yenisabah.az report-a istinadla xəbər verir ki, 1994-cü ilə təvəllüdlü şəxs polis şöbəsinə çağırılıb, barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Həmin şəxsin heyvanla rəhmsiz rəftar etməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Pepperoni pizza

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə 500 manatdan 800 manatadək məbləğdə cərimə edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!