Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) PKK-nın liderlərindən olan Bedirhan Abini zərərsizləşdirib.
Yenisabah.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, "Darav Gevda" kod adlı terrorçu İraqın şimalındakı Sincarda keçirilən əməliyyatda məhv edilib.
2011-ci ildə PKK sıralarına qatılan Abi təşkilat rəhbərliyi tərəfindən göndərildiyi Şırnak və Yüksekova bölgələrində terror fəaliyyətlərini davam etdirib. Türkiyədə olduğu müddətdə bəzi təhlükəsizlik qüvvələrinin şəhid olması ilə nəticələnən aksiyalara qatılıb. Toyuqlu pizza
Telegram kanalımız