Polis maşını saxladı, sürücü axtarışda olan oğru çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Polis maşını saxladı, sürücü axtarışda olan oğru çıxdı

Kriminal

24 Mart 2023 11:03 1056


Sabirabadda evdən 10 750 dollar və qızıl oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, yol polisinin nəzarət qaydasında saxladığı “Toyota” markalı avtomobildə sərnişin olan Mirkamil Səmidovun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilib.

M. Səmidov saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinə təhvil verilib. Toyuqlu pizza

Araşdırmalarla onun fevralın 20-də rayon ərazisindəki evlərin birindən 100 manat, 10 750 ABŞ dolları və 12050 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!