Polis maşınının şüşəsini sındıran qadın cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Polis maşınının şüşəsini sındıran qadın cəzalandırıldı

Hadisə

10 Yanvar 2023 17:22 687


Bir neçə gün əvvəl Bakıda uşaq sığınacağına hücum edərək Post Patrul Xidməti avtomobilinin şüşəsini sındıran şəxs barədə məhkəmə qərarı verilib.

Yenisabah.az Lent.az-a istinadla xəbər verir ki, hadisəni törədən sığınacağa yerləşdirilən azyaşlının anası A.Kazımova Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə aparılıb. Onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə A.Kazımovanın himayəsində azyaşlı olduğu üçün ona cərimə cəzası verilib. Həmçinin bölmədə xidməti avtomobilə dəyən zərər ödətdirilib. pizza sifarişi

Qeyd edək ki, A.Kazımova və uşağın nənəsi sığınacağa gələrək qeyri-iş günündə onların çıxarılmasını tələb ediblər. Lakin iş günü olmadığı üçün bu alınmayıb və nəticədə insident baş verib. A.Kazımova insidentlə əlaqədar əraziyə gələn polis maşınının şüşələrini sındırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!