Polis olmaq istəyənlərin diqqətinə! - DİN işçi AXTARIR 

saytların hazırlanması

Evə çatdırılma

Polis olmaq istəyənlərin diqqətinə! - DİN işçi AXTARIR 

Sosial

05 İyun 2024 17:14 558


Post-Patrul Xidmətində kiçik rəis heyəti vəzifələrinə qəbulla əlaqədar müsabiqə başlayıb. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. 

Müsabiqədə ali və ya orta təhsilli, yaşı 20-dən 26-dək, boyu 180 santimetr və daha hündür, hərbi xidmət keçən, əvvəllər özü və yaxın qohumları məhkum olunmayan polis orqanlarında xidmətə uyğun kişi cinsli vətəndaşlar iştirak edə bilərlər.  Dominos pizza

İştirakçıların sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlığı yoxlanılacaq. 

Ali təhsilli, kompüter avadanlıqları ilə işləmək qabiliyyətinə malik və xarici dillərdən azı birini sərbəst bilən vətəndaşlara üstünlük veriləcək. 

İştirak etmək istəyən şəxslər elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə bki@mia.gov.az ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər. 

Əlavə məlumat almaq üçün əlaqə telefonları: 

(012) 590-94-12;

(012) 590-93-45;

(012) 590-92-37;

(012) 590-97-52. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!