Polis polkovnik-leytenantı faciəvi şəkildə öldü

saytların hazırlanması

Evə çatdırılma

Polis polkovnik-leytenantı faciəvi şəkildə öldü

Hadisə

27 Dekabr 2022 11:29 1719


Dekabrın 25-də İsmayıllı rayonu, Qurbanəfəndi kəndi ərazisində baş vermiş ağır qəzada xəsarət alan sürücü Qabil İsmayılov xəstəxanada vəfat edib.

Yenisabah.az Qafqazinfo-ya istinadla xəbər verir ki, "Honda" markalı avtomobillə toqquşan "BMW"ni idarə edən Q.İsmayılov polis polkovnik-leytenantı olub. O, daxili işlər orqanlarında bir sıra yüksək vəzifələrdə çalışıb.

Hadisə nəticəsində "Honda" markalı avtomobildə ölən sərnişin, 2002-ci il təvəllüdlü Nurlan Nağıyev isə Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub. Dominos pizza

Hadisə zamanı xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!