Türkmənistan polisi ölkənin yeni prezidenti Serdar Berdıməhəmmədovun portretlərini taksi sürücülərinə satmağa başlayıb.
Yenisabah.az "Azatlıq Radiosu"nun Türkən Xidmətinə istinadla xəbər verir ki, Marı vilayətinin polisi “vətəndaşlar bu maşının taksi olduğunu görsünlər” deyə avtomobillərin qabaq şüşələrinə "işarələmə nişanları" paylamağa başlayıb.
Yerli taksi sürücülərinin dediyinə görə, polis A4 vərəqində dörd portret çap edir, bundan sonra dəfələrlə onların surətini çıxarır. Marqarita pizza
Prezidentin portreti 5 türkmən manatına (təxminən 2.50 Azərbaycan manatı) sürücülərə satılır.

Telegram kanalımız