Polis qanunsuz silah gəzdirdiyinə görə Elxan Vahabovu saxladı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Polis qanunsuz silah gəzdirdiyinə görə Elxan Vahabovu saxladı - Fotolar

Kriminal

28 Yanvar 2024 16:54 964


Paytaxt ərazisində üzərində qanunsuz olaraq “Makarov” gəzdirən daha bir şəxs saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilir ki, qanunsuz saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Elxan Vahabov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb. pizza mizza

E.Vahabov silahı bir müddət əvvəl əldə etdiyini, amma polisə könüllü təhvil vermək əvəzinə satmaq niyyəti ilə özündə saxladığını bildirib.

Faktla bağlı Sabunçu RPİ-də araşdırmalar davam etdirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!