Polisdən xüsusi əməliyyat: İranın casus şəbəkəsinin   16 üzvü həbs edildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Polisdən xüsusi əməliyyat: İranın casus şəbəkəsinin 16 üzvü həbs edildi - Foto

Kriminal

01 May 2023 20:06 2705


Narkotik vasitələrin satışından maliyyələşərək Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinə cəlb edilən şəxslər polis əməkdaşları tərəfindən həbs ediliblər.

Oxu.Az xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı 16 nəfər tutularaq istintaqa təhvil verilib.

Saxlanılan şəxslər dini anlayışı olmayan narkotik aludəçilərini başqa-başqa şəxslərin əli ilə yardım adı altında əməkdaşlığa cəlb edərək narkotik vasitələrin satışını təşkil etməklə “kərimə dövlət”inin əlaqələrini dərinləşdirməyə çalışıblar. Dominos pizza

Əsasən İrandan idarə edilən dini-siyasi mərkəzlərin tapşırıqlarını yerinə yetirən şəxslərin məqsədi narkotik aludəçilərini, xurafata meylli şəxsləri öz çirkin niyyətlərinə alət etmək olub.

Polis tərəfindən ifşa olunan növbəti şəbəkə üzvlərinin əlaqələri, onların pozuculuq fəaliyyəti haqqında sosial şəbəkə hesablarında xeyli inkarolunmaz faktlar var.

Həmin şəxslər radikal əməllərini heç vaxt inkar etməyiblər, vətəndaşı olduqları ölkənin qanunlarına yox, özlərinə lider hesab etdikləri “ağanın qaydaları”na uyğun həyat tərzi sürüblər.

Saxlanılan şəxslər aşağıdakılardır:

S. Məmmədov

R. Rüstəmov

Ə. Əsədullayev

C. Balaşov

V. Pünhanəliyev

V. Fərzəliyev

T. Qasımov

T. Mirişov

M. Mamedov

M. Əhmədov

İ. Həsənov

Ə. Firudunbəyli

M. Fətəliyev

M. Rzayev

Ş. Süleymanov

A. Əliyev

Həmin şəxslərin fotolarını təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!