Polisə çağırıldı, halı pisləşdi, xəstəxanada öldü

saytların hazırlanması

Evə çatdırılma

Polisə çağırıldı, halı pisləşdi, xəstəxanada öldü

Hadisə

20 Yanvar 2023 00:53 808


Kürdəmir rayonunda dələduzluq əməlində şübhəli bilinən şəxs bu gün xəstəxanada ölüb.

DİN-in mətbuat xidmətinin regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə şübhəli bilinən Oktay Əliyev bu gün barəsində aparılan cinayət işi ilə əlaqədar rayon polis şöbəsinə dəvət edilib.

Prosessual qanunvericiliyə uyğun olaraq vəkilin iştirakı ilə dindirildikdən sonra saat 21 radələrində onun halı qəfil pisləşdiyi üçün təcili tibbi yardım çağırılıb və həkim müşayəti ilə xəstəxanaya yerləşdirilib. O, bütün tibbi müdaxilələrə baxmayaraq ürək tutmasından vəfat edib. pizza

Araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!