“Polkovnik Elnur Məmmədovun yaydığı məlumatlar yalandır” - MN

saytların hazırlanması

Evə çatdırılma

“Polkovnik Elnur Məmmədovun yaydığı məlumatlar yalandır” - MN

Hadisə

11 Avqust 2022 20:36 2877


Uzun sürən onkoloji xəstəliyinə görə ehtiyata buraxılan və qəbul edilən qərarla razılaşmayaraq yutub media paylaşım şəbəkəsində ölkə başçısına müraciət edən polkovnik Elnur Məmmədov özünün şəxsi maraqlarını və ambisiyalarını düşünərək artıq bununla bir neçə dəfədir ki, belə addımlara əl atır. Görünən odur ki, bu hal ehiyata buraxılan hərbi qulluqçuda vərdiş halına çevrilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəllər də xidməti karyerasında onunla bağlı bəzi qərarlar qəbul edilərkən o “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə zidd addımlar atmağa cəhd göstərib.  pizza hut

Bundan başqa, artıq ehtiyata buraxılan polkovnik əvvəlki illərdə dəfələrlə səhhəti ilə əlaqədar olaraq ordu rəhbərliyinə müraciət edib və indiyədək Müdafiə Nazirliyinin xətti ilə 8 dəfə ümumilikdə 1 ildən çox müddətə Türkiyə Respublikasının Gülhanə Tədris və Araşdırma Xəstəxanasına müalicəyə göndərilib. Müalicə dövründə bütün xərclər nazirlik tərəfindən qarşılanıb.

E.Məmmədovun barəsində qəbul edilən qərarla razılaşmaması, Nizamnamə qaydalarına uyğun olaraq müdafiə nazirinə rəsmi müraciət etmədən, etiraz əlaməti olaraq hərbçi etikasına və yüksək rütbəli zabitə yaraşmayan hərəkətə yol verməsi əvvəlki illərdə etdiyi hərəkətlərin təkrarıdır.

Bildiririk ki, həqiqi hərbi xidmətdə olmağın son yaş həddini keçən E.Məmmədov “hoçkin limfoması, xroniki gedişli, remisiya mərhələsində” diaqnozlu xəstəliklə hərbi xidmətə yararsız hesab olunaraq ehtiyata buraxılıb. Onun Vətən müharibəsində heç bir yaralanması olmayıb.

E.Məmmədovun sosial şəbəkələr vasitəsilə yaydığı məlumatlar yalandır, heç bir əsası yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Uzeyir
    ELNUR MƏMMƏDOV FUZULİDƏ QACAR KƏNDİNDƏ KOMANDİRİMİZ OLUB YAXŞI DÖYUŞDUYUM UÇUN PUL MUKAFATI VƏ SERJANT RUTBƏSİ ALDIM .DÖYUŞDUYUM MUDDƏTDƏ 14 ERMƏNİ SNAYPERLƏ VURMUŞAM 1993 AVQUST 5 DƏ MƏNGƏLƏN ATA YUKSƏKLİYİNİ ALANDA MƏNI AZARBAYCAN BAYRAGI ORDENİNƏ LAİQ GÖRULSƏM DƏ MƏNƏ VERİLMƏDİ .BİR ERMƏNİ DİRİ TUTUB ONA TƏHVİL VERMİŞƏM .1992 OKTYABR 8 DƏ QIRMIZI BAZARDAN ERMƏNİLƏRİN MUHASİRƏSİ ZAMANI ÇOXLU SAYDA DUŞMƏN MƏHV ETSƏM DƏ BUNU ONLAR BAŞQASININ ADINA YAZIB MƏNİ HEÇƏ SAYDILAR .HALBUKİ HƏMƏN DÖYUŞDƏ 30 ƏSKƏRİMİZİ TƏK MUHASİRƏDƏN ÇIXARTDIM .BU GUN DƏ O QARDAŞLAR MƏNİMLƏ ƏLAQƏ SAXLAYIR .RUS HƏRBİ XİDMƏTİNDƏN 1991 DEKABRINDA İMTİNA EDİB VƏTƏNƏ GƏLDİM YAXŞI TƏLİM KEÇMİŞDİM .
    4 years ago