Polşa sovet istehsalı olan təyyarələri Kiyevə verə bilər

saytların hazırlanması

Evə çatdırılma

Polşa sovet istehsalı olan təyyarələri Kiyevə verə bilər

Dünya

06 Mart 2022 10:21 573


Amerika Birləşmiş Ştatları Polşanın ABŞ-dan F-16 qırıcılarını alması müqabilində Ukraynaya sovet istehsalı təyyarələri verə biləcəyi müqaviləni araşdırır. 

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, şənbə günü Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresinin üzvləri ilə əlaqə saxlayıb və bu zaman o, Ukraynaya hərbi yardım, xüsusən də ukraynalı pilotların idarə edə bildiyi Rusiya istehsalı olan qırıcı təyyarələrin alınmasında yardıma çağırıb. pizza hut

Qəzetin mənbələrinin bildirdiyinə görə, Senatda azlıqların lideri Mitç Makonnell Zelenskidən ən çox nəyə ehtiyacı olduğunu soruşub, Zelenski isə ona döyüş təyyarələrinə ehtiyacı olduğunu deyib.

Zelenski Ukrayna üzərində uçuşa qadağa zonası yaradılmasından da söz açıb: “Əgər bunu edə bilmirsinizsə, heç olmasa mənə təyyarələr gətirin”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!