Kreml Belarus vətəndaşının Rusiyanın nəfinə casusluqda şübhəli bilinərək həbs edilməsindən xəbərsizdir.
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bu məsələ ilə bağlı heç bir məlumatımız yoxdur”, - deyə o, şərh edib. Dominos pizza
Bu gün Polşanın daxili işlər naziri Mariuş Kaminski Rusiya kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən Belarus vətəndaşının Polşada saxlanıldığını bildirib. O artıq on altıncı şübhəlidir. Belarus vətəndaşı Mixail A. hərbi obyektlər və limanlarla bağlı kəşfiyyat əməliyyatlarında iştirak edib.
Mixail A. 2021-ci ildə Polşaya gəlib və kəşfiyyat şəbəkəsinin koordinatoru ilə əlaqə yaradıb.
Telegram kanalımız