Pompeo 6 ayda 40 kq arıqladı

saytların hazırlanması

Evə çatdırılma

Pompeo 6 ayda 40 kq arıqladı

Dünya

07 Yanvar 2022 13:07 724


ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo 6 ay ərzində 40 kq arıqlayıb.

Yenisabah.az xəbər verir ki, bu gün televiziyaya çıxan Pompeo görünüşü ilə "Fox News"un izləyicilərini təəccübləndirib.

ABŞ-ın keçmiş prezidenti Donald Trampa xüsusi yaxınlığı ilə tanınan eks-məmur bunu məşqçi olmadan təkbaşına etdiyini bildirib. Dördpendirli pizza

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru “New York Post”a deyib ki, keçən ilin iyununda tərəziyə çıxanda və həyatında ilk dəfə 136 kq çəkiyə yaxınlaşdığını görəndə şoka düşüb.

Mayk Pompeo bildirib ki, ertəsi gün arvadı Syuzan Pompeoya arıqlamalı lazım olduğunu deyib.

"West Point" məzunu evinin zirzəmisində idman zalı quraşdırıb. Pompeo hər gün 30 dəqiqədən çox məşq edib və bunu həftədə 6-7 dəfədən çox etməyi hədəfləyib:

“Məşqçi yox idi, dietoloq da. Təkcə idim”.

Pompeo bildirib ki, o, 2010-cu ildə Kanzasdan Konqresə nümayəndə seçiləndən sonra kilo almağa başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!