Poroşenko yenidən prezident olmaq istəyir

saytların hazırlanması

Evə çatdırılma

Poroşenko yenidən prezident olmaq istəyir

Dünya

03 Aprel 2024 16:12 515


Ukraynanın beşinci prezidenti Pyotr Poroşenko yenidən dövlət başçılığına namizədliyini irəli sürməyi planlaşdırdığını bildirib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, "Əl-Cəzirə" telekanalına müsahibəsində bildirib.

Siyasətçi əlavə edib ki, bunun üçün Rusiya ilə müharibənin sonuna qədər gözləmək lazımdır. Sezar pizza

“Bəli, mən növbəti prezident seçkilərində iştirak edəcəyəm. Lakin ilk növbədə, bu seçkilər üçün bizə qələbə lazımdır”, - deyə Poroşenko vurğulayıb.

Eks-prezident qeyd edib ki, Ukrayna Aİ-yə daxil olarsa, Avropa Parlamentinə namizədliyini irəli sürəcək.

Bundan əvvəl Ukraynanın hazırkı prezidenti Vladimir Zelenski "Fox News" telekanalına müsahibəsində prezident seçkilərinin planlaşdırıldığı kimi, 2024-cü il martın sonunda keçirilməsini arzuladığını bildirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!