Prezident Orxan Zeynalovu yüksək vəzifəyə təyin etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Prezident Orxan Zeynalovu yüksək vəzifəyə təyin etdi - Foto

Siyasət

08 Aprel 2024 18:29 3110


Prezident İlham Əliyevin sərəncamı ilə Orxan Namiq oğlu Zeynalov energetika nazirinin müavini təyin edilib.

Yenisabah.az xəbər verir ki, onu kollektivə nazir Pərviz Şahbazov təqdim edib.

Nazirliyin aparatı və tabeli qurumların rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilən görüşdə çıxış edən nazir Energetika Nazirliyinin qarşısında duran vəzifələri diqqətə çatdırıb, bu işdə yeni təyin olunmuş nazir müavininə və kollektivə uğurlar arzulayıb. Toyuqlu pizza

Qeyd edək ki, O.Zeynalov 2002 və 2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, 2003-2004-cü illərdə Pakistan Xarici Xidmət Akademiyasında xüsusi diplomatik təhsil, 2015-ci ildə isə Harvard Kennedi Məktəbində əlavə təhsil alıb. 2003-cü ildən etibarən Xarici İşlər Nazirliyində müxtəlif vəzifələri yerinə yetirmiş O.Zeynalov 2020-2022-ci illərdə Energetika Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, 2022-2024-cü illərdə isə Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi vəzifəsində çalışıb.

Bir 1 kişi görseli olabilir


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!