Prezident seçkiləri: Təşviqat materialları üçün yerlər müəyyənləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Prezident seçkiləri: Təşviqat materialları üçün yerlər müəyyənləşdirildi

Siyasət

07 Yanvar 2024 11:58 443


Növbədənkənar prezident seçkilərində seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi üçün ayrılan müddət başa çatıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, Seçki Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, dairə seçki komissiyasının təklifi ilə yerli icra hakimiyyəti orqanı və bələdiyyə qurumları səsvermə gününə azı 30 gün qalanadək seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsini təmin etməlidir.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 8-dək olan dövrü əhatə edib və artıq təşviqat materialları üçün yerlər müəyyənləşdirilib. Dördpendirli pizza

Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar seçkilər keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!