Prezident seçkilərində 3 təşkilat “exit-poll” keçirəcək

saytların hazırlanması

Evə çatdırılma

Prezident seçkilərində 3 təşkilat “exit-poll” keçirəcək

Siyasət

26 Yanvar 2024 17:12 385


Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar prezident seçkilərində "exit-poll" keçirmək üçün akkreditasiya ilə əlaqədar 3 təşkilatın müraciətinə baxılıb.

Yenisabh.az Trend-ə istinadla xəbər verir ki, məsələ barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov danışıb.

Növbədənkənar Prezident seçkilərində "exit-poll" keçirmək üçün akkreditasiya ilə əlaqədar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi və Sosioloji Tədqiqatlar Mərkəzi MMC sənədlərini MSK-ya təqdim edib. pizza hut

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "exit-poll"-u ABŞ-ın "ORACLE ADVSIORY GROUP" təşkilatı ilə birgə keçirmək niyyətindədir.

Məsələ səsverməyə çıxarılaraq sözügedən təşkilatların akkreditasiyaya alınması barədə qərar qəbul edilib.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "OREACLE ADVSIORY GROUP" təşkilatı ilə birgə 40 seçki dairəsində 500 seçki məntəqəsində, Rəy Monitorinq Mərkəzi 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində, "Sosioloji Tədqiqatlar Mərkəzi" MMC 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində "exit-poll" keçirməyi planlaşdırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!