Prezident  yoxlamaların dayandırılması haqqında dəyişikliyi təsdiq etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident  yoxlamaların dayandırılması haqqında dəyişikliyi təsdiq etdi

Siyasət

18 Mart 2021 07:29 2128


Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanununda dəyişikliyi təsdiq edib.

“Yeni Sabah” xəbər verir ki, dəyişikliyə görə, qanunun 1-ci maddəsindəki  “2021” rəqəmləri “2022” rəqəmləri ilə əvəz edilib;

Aşağıdakı məzmunda 2.1-1-ci maddə əlavə edilib: Toyuqlu pizza

“2.1-1. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz.”.

Bu Qanun 2021-ci il yanvarın 1-dən tətbiq edilir.

1.1. Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, sahibkarların maraqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini 8 (səkkiz) ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

1.2. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 9 mart tarixli 279-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!