Prezident Zurabişvilidən qəti mövqe: İstefa verməyəcəyəm!

saytların hazırlanması

Evə çatdırılma

Prezident Zurabişvilidən qəti mövqe: İstefa verməyəcəyəm!

Dünya

08 Sentyabr 2023 09:53 542


Gürcüstan prezidenti Salome Zurabişvili hakim “Gürcü arzusu” partiyasının icazəsiz səfərlərə görə ona impiçment elan etmək təşəbbüsünə baxmayaraq, istefaya getməyəcəyini bildirb. 

Yenisabah.az Gürcüstan mediasına istinadən xəbər verir ki, prezident Avropa ölkələrinə səfərlərini davam etdirəcəyini açıqlayıb. 

Bundan əvvəl hakim partiya Zurabişvilinin impiçmenti təşəbbüsü ilə çıxış edib. Çünki hökumətin qadağalarına baxmayaraq, prezident xaricə səfərlərini davam etdirir.  pizza hut

“Vəzifədən getməyəcəyəm, hesab edirəm ki, hamı istefamı xəyal etməyi dayandırmalıdır, mən olduğum yerdəyəm. Amma hansı səfərə lazımdırsa gedəcəm, çünki bu, mənim ən yüksək konstitusiya borcumdur, bu ölkənin konstitusiyasını qoruyuram”, - Zurabişvili videomüraciətində bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!